Avstraliya Fələstini suveren dövlət kimi tanıdı
Avstraliya Fələstini suveren dövlət kimi tanıyır.
ERAmedia xəbər verir ki, Fələstinin tanınmasına dair bəyanat Baş nazirin rəhbərlik etdiyi Avstraliya nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyası üçün Nyu-Yorka gedərkən qəbul edilib.
“Bugünkü tanınma aktı Avstraliyanın İsrail və Fələstin xalqları üçün həmişə sülh və təhlükəsizliyin davamlı olması üçün yeganə yol olan iki dövlətli həllə uzunmüddətli sadiqliyini əks etdirir”, – bəyanatda bildirilir.