Avstriya parlamentində İLK dəfə Azərbaycan və Türkiyə parlamentləri ilə işçi qrupu yaradılıb
Avstriya parlamentində İlk Dəfə Azərbaycan və Türkiyə parlamentləri ilə iş üzrə vahid işçi qrup yaradılıb.
ERAmedia xəbər verir ki, bununla bağlı Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri, Milli Məclisin deputatı Tahir Mirkişili məlumat verib:
“Azərbaycan və Türkiyənin Şərq və Qərb arasında, Orta Dəhlizdə vahid iqtisadi siyasət həyata keçirməsi Avstriyanı bu iki qardaş ölkə ilə vahid dostluq siyasəti həyata keçirməyə təşfiq edib. Maraqlı təcrübədir. Avstriya parlamentariləri ilə Azərbaycan və Türkiyə parlamentariləri arasında aparılan müzakiələr də bu formatın uğurlu olmasını vəd edir”.
Əli Fərhad










