media-17682065262799028491_1200x630

Yanvarın 8-də Bakıda Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslər tərəfindən təqib edildiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

ERAmedia-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.

Onların zərərçəkəni təqib etməsi və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.


media-adspc

Bənzər xəbərlər