Avtomobil bərbərxanaya çırpılıb
Xaçmaz şəhərində “VAZ 2105” markalı minik avtomobili bərbərxanaya çırpılıb.
ERAmedia xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Asim Səfərəliyevin idarə etdiyi avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarında yerləşən bərbərxanaya çırpılıb.
Qəza zamanı sürücü xəsarət alıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində bərbərxanaya da ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.









