Avtomobil su kanalına düşüb
Tovuzda avtomobil su kanalına düşüb.
ERAmedia xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı su kanalına düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.










