Axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir
Baş Prokurorluğun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb edilən sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə vətəndaşı Osman Kayanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
ERAmedia-ya Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.
Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istərkən müəyyən edilərək saxlanılıb.
Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən olunması və onların Azərbaycana gətirilməsi










