Ayətullah rejimi qərar verdi: “Axıra qədər gedəcəyik”

2025-ci il dekabr ayının 28-dən İranda başlayan kütləvi etirazları yatırmaq üçün Ayətullah rejimi 2026-cı il yanvar ayının 13-nə olan məlumata görə, ən azı 12.000, bəlkə də 15.000dən yuxarı insanı qətlə yetirib.
ERAmedia – ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov beynəlxalq insan haqları təşkilatlarının, habelə dünyanın aparıcı xəbər platformalarının məlumatlarının yaratdığı mənzərəni şərh edərkən belə deyir: ”Ölən və saxlanılanların dəqiq sayını hazırda müəyyən etmək mümkün deyil, lakin müxalifət rəsmiləri hər xəstəxanada təxminən 1500 ölü olduğunu və ümumi sayın 50.000-ə çata biləcəyini iddia edirlər. Çərşənbə axşamı – dünən dünyaca məşhur agentliklərdən birinə açıqlama verən bir İran rəsmisi, kütləvi nümayişlər zamanı təxminən 2000 insanın öldüyünü və mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin ölümündə “terrorçuları” günahlandırdığını bildirib”.

İran dövlət televiziyasının ilk dəfə yüksək ölüm sayını rəsmi olaraq açıqladığını qeyd edən ekpert, televiziyada yayımlanan “silahlı və terrorçu qrupların” ölkəni “Allahın hüzurunda çoxlu şəhidin görünməsinə səbəb olduğunu” sözlərini sözün birbaşa mənasında İran dövlətinin öz vətəndaşlarına qarşı soyqırımına başladığını deyən Firuz Novruzov məcburi rəsmi açıqlamanın iki məqsədlə- birinci, etirazçılar və ümumilikdə xalqda vahimə yaratmaq, ikincisi isə xalqı bir neçə gün sonra gizlədilməsi mümkün olmayan xəbərə hazırlamaq niyəti ilə verildiyinə əminliyini bildirir.
Bu gün İranda saxlanılan ilk etirazçının – 26 yaşlı Ərfan Soltanini sabah edam olunacağı xəbərinin rəsmən elan edilə biləcəyini ehtimal edən ekspert, bununla Ayətullah rejiminin sona qədər güzəştsiz olacağı fikrini yaratmağa çalışdığını qeyd edib.
Bunu, həmçinin Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkovun keçmiş İran şahının vəliəhdi Rza Pəhləvi ilə gizli görüşünə molla rejiminin “cavabı” kimi qiymətləndirən ekspert hesab edir ki, hadisələrin “razvyazkası” mərhələsinə sayılı günlər, bəlkə də saatlar qalıb.
Əlihüseyn Salam










