media-xqcmugrrmze2scnyeyfhg7dikjvnmsoyyatesbnd_1200

Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib.

ERAmedia xəbər verir ki, “Bilirəm” adlanan bəstənin musiqisi Kamala məxsusdur.

Aygün Kazımova mahnı üçün klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur. Klip Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə lentə alınıb.

Bu il səhnə fəaliyyətinin 40 illiyini qeyd edən ölkənin əsas ulduzu Aygün Kazımova yubiley ilini diqqətçəkən sənət layihələri ilə daha da zənginləşdirməkdə davam edir.

Qeyd edək ki, Xalq artisti yaradıcılığı boyu dəfələrlə Kamalın bəstələrinə müraciət edib. Hətta Aygün Kazımovanın repertuarında olan “Nigaranam” mahnısı bir çox dillərə tərcümə olunaraq, onlarla sənətçilər tərəfindən ifa olunub.

 


media-adspc

Bənzər xəbərlər