Bakıda “Altayşünaslığın dünəni, bu günü və sabahı” adlı SİMPOZİUM | Dənizə getmək istəyənlərin nəzərinə! | “Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Şamaxı”ya qarşı | Nepaldakı daşqınlarda ölənlərin sayı artdı | İndoneziya sahillərində güclü zəlzələ baş verib | ABŞ İranla gecə əməliyyatlarına hazırlaşır | ABŞ səfirliyi Azərbaycana təşəkkür edib | Təbiətə 43 min manatdan çox ziyan vurulub | Müharibəyə hazırlaşırıq ki, müharibə olmasın - Lukaşenko | Paytaxtın bu küçələri bağlı olacaq | Hörmüzlə bağlı çoxtərəfli görüş olacaq | 11 sentyabr hadisəsinin 25-ci ildönümü qeyd olunur | Naxçıvan komandası Türkiyədə qalib olub | Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur - Hikmət Hacıyev | Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub | BDU-nu 1025 tələbə fərqlənmə diplomu ilə bitirib | Litva – Azərbaycan oyunu ilə bağlı azarkeşlərin NƏZƏRİNƏ | Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra olunub | Heyvanların uçotu və qeydiyyatı aparılır | Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artım var
media-1776107858_672672264_1391270349472512_8544582877345232341_n
Azərbaycan Dillər Universitetinin (ADU) doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. O, xarici dil üzrə keçirilən imtahanda 46,55 bal toplayaraq ölkə birincisi olub.

ERAmedia xəbər verir ki, mövcud qaydalara əsasən, doktoranturada təhsil alan şəxslərin imtahan nəticələri 5 il müddətində qüvvədə qalır. Müdafiə prosesi bu müddəti keçdikdə, namizədlər xarici dil imtahanını yenidən verməli olurlar. Aynur İsayeva da 2021-ci ildə doktoranturaya qəbul zamanı 46,5 balla ölkə ikincisi kimi ADU-ya qəbul olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq 5 il sonra imtahanda təkrar iştirak edib.

Bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirən gənc tədqiqatçı, ikinci cəhdində də öz nəticəsini qoruyaraq bu dəfə siyahıya liderlik edib. Hazırda o, elmi fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop