Ayşən Abduləzimova millinin kapitanı təyin olundu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova təyin olunub.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, təcrübəli oyunçu komandanı Avropa Liqasında kapitan olaraq meydana çıxaracaq.
Qeyd edək ki, Ayşən Abduləzimova başa çatan mövsümdə “Turan”ın (Tovuz) heyətində Yüksək Liqanın çempionu olub.









