media-excsbzxf6jyggbhblce7ljxao5spe6nhqo9glead_1200
media-bant_master

14 noyabr tarixində Azad Mirzəcanzadə inkişaf proqramının finalçıları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yerləşən akademik Azad Mirzəcanzadənin kabinet-muzeyini ziyarət ediblər.

ERAmedia xəbər verir ki, akademik Azad Mirzəcanzadənin iş otağı elmə, yaradıcılığa və fədakarlığa həsr olunmuş bir dövrün izlərini daşıyır. Burada qorunan hər bir detal onun düşüncə dünyasını, dəyərlərini və elmə olan sevgisini hiss etdirir. Bu ziyarət proqram finalçıları üçün onu daha yaxından tanımaq və mənəvi mirasından ilham almaq üçün nadir bir fürsət olub.

Görüş zamanı iştirakçılara Azad Mirzəcanzadənin həyat və yaradıcılığı, elmi nailiyyətləri, liderlik və komanda işi prinsipləri, həmçinin cəmiyyətə xidmət fəlsəfəsi barədə məlumat verilib. Bu dəyərlər bu gün Azad Mirzəcanzadə inkişaf proqramının əsas prinsiplərini formalaşdırır.

Proqramın təşkilatçıları universitet rəhbərliyinə bu mənalı ziyarətin həyata keçirilməsi üçün yaratdıqları şəraitə görə təşəkkürlərini bildiriblər.

Azad Mirzəcanzadə inkişaf proqramı liderlik bacarıqlarının, innovativ düşüncə tərzinin və layihə yanaşmasının inkişafına yönəlmiş unikal təşəbbüsdür. Proqram ölkənin müxtəlif bölgələrindən istedadlı tələbələri və mütəxəssisləri bir araya gətirir, onlara intensiv təlimlərdə iştirak etmək, öz layihələri üzərində işləmək və aparıcı mentorlar və sahə üzrə mütəxəssislərdən peşəkar dəstək almaq imkanı yaradır.

Əgər siz də bu proqramın bir hissəsinə çevrilmək istəyirsinizsə, aşağıdakı link vasitəsilə müraciət edə bilərsiniz:

https://bit.ly/47TXHX4


media-adspc

Bənzər xəbərlər