AZAL Naxçıvana uçuşları bərpa edib
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
ERAmedia xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.










