AZAL Təl-Əvivə uçuşları bərpa edir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
ERAmedia xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, sabahdan sözügedən istiqamət üzrə reyslərə start verilir.
Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın rəsmi saytından və ya mobil tətbiqindən əldə etmək mümkdür.









