Azarkeşlər qapıçını yaraladı – 3 oyunluq cəza verildi
İtaliya A Seriyasının gümüş medalçısı olan Milanın “İnter” klubunun azarkeşləri komandanın növbəti üç səfər matçında iştirak edə bilməyəcək.
ERAmedia xəbər verir ki, qərara səbəb çempionatın səfər oyunlarından birində “Kremoneze”nin qapıçısı Emil Auderoya qarşı baş verən insident olub.
Belə ki, oyun zamanı “İnter” azarkeşləri tərəfindən meydançaya atılan pirotexniki vasitə qolkiperə dəyib. Hadisə nəticəsində Audero ayağından xəsarət alıb və sağ qulağında eşitmə problemi yaşayıb.
Bu qərar İtaliya Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib. Qadağa 23 mart 2026-cı il tarixinədək qüvvədə olacaq. Lakin qadağa 8 mart tarixində keçiriləcək “İnter” – “Milan” derbisinə şamil olunmayacaq.
“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “İnter” azarkeşləri “Sassuolo”, “Leççe” və “Fiorentina”ya qarşı keçiriləcək səfər matçlarında tribunada yer ala bilməyəcəklər.
Vural










