media-17846333203302949652_1200x630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Bakı ilə Berlin arasında münasibətlərin yeni strateji mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, səfərin məqsədləri Azərbaycan-Almaniya münasibətlərinin yalnız iqtisadi çərçivələrlə məhdudlaşmadığını, daha geniş geosiyasi və təhlükəsizlik gündəliyini əhatə etdiyini göstərir.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya artan iqtisadi gücünü hərbi potensialı ilə uzlaşdırmağa çalışır və bu proses Berlinin tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərində yeni transformasiya yaradır. Bu kontekstdə Prezident İlham Əliyevin Almaniyaya səfəri üç əsas istiqaməti prioritetləşdirir.

Birinci istiqamət Almaniyanın Cənubi Qafqazda, Azərbaycanın isə Avropada fəaliyyət imkanlarının genişlənməsi, iqtisadi şaxələndirmənin dərinləşdirilməsi və yeni strateji imkanların əldə olunmasıdır. İkinci istiqamət strateji seçimlərin və təhlükəsizlik prioritetlərinin həm ikitərəfli, həm də çoxtərəfli etibarlı əməkdaşlıq şəbəkəsi çərçivəsində inkişaf etdirilməsidir. Üçüncü istiqamət isə Azərbaycana qarşı fəaliyyət göstərən bəzi Avropa dairələrinin təsir imkanlarının neytrallaşdırılması və tərəflərin maraqları arasında balansın qorunmasıdır.

Siyasi təhlilçinin sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri daha geniş mənada Azərbaycanın Qərblə, o cümlədən Avropa İttifaqı və NATO ilə tərəfdaşlığında yeni istiqamətlərin formalaşmasına xidmət edir. Bu proses yeni dünya nizamının müəyyənləşdirilməsi fonunda Azərbaycanın strateji konturlarının Almaniyanın prioritetləri ilə uyğunlaşması əsasında inkişaf edir.

Aqşin Kərimov hesab edir ki, bu əməkdaşlıq NATO-nun kollektiv müdafiə, böhranların qarşısının alınması və təhlükəsizlik sahəsində müəyyən etdiyi prioritetlər çərçivəsində Azərbaycanın maraqlarının daha geniş nəzərə alınmasını stimullaşdıra bilər. Onun fikrincə, bu yanaşma həm Rusiya-Ukrayna müharibəsinin, həm də ABŞ-İsrail müttəfiqliyi ilə İran arasında yaranmış hərbi-siyasi gərginliyin formalaşdırdığı təhlükəsizlik reallıqları fonunda operativ və çevik qərarların qəbuluna müsbət təsir göstərmək potensialına malikdir.


media-adspc

Bənzər xəbərlər