media-17924130871162027643_1200x630

Türkiyənin Elazığ şəhərində yerləşən Hazar gölündə keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasını (AZSİF) təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları uğurlu nəticə əldə ediblər.

ERAmedia xəbər verir ki, AZSİF-dən bildirilib ki, 7 gün fasiləsiz davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub. Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan komandaların mübarizə apardığı turnirdə rəqabət gərgin keçib.

Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovun mübarizə apardığı komanda ümumilikdə 88,265 kiloqram (12 balıq), TOP 5 göstəricisi üzrə isə ümumi çəkisi 52,580 kiloqram olan sazan balıqlarının nəticəsi ilə yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.


media-adspc

Bənzər xəbərlər