media-17824126223728924340_1200x630

“Abşeron Lions” basketbol klubunun adı dəyişdirilib.

Bu barədə ERAmedia-ya klubundan məlumat verilib.

Bildirilib ki, komanda yeni mövsümdə “Landau Lions” adı ilə mübarizə aparacaq.

Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək. Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.


media-adspc

Bənzər xəbərlər