media-photo_5366181403357287528_y

10–13 may 2026-cı il tarixlərində Azərbaycan III Beynəlxalq Türk Dünyası Gənc Akademiklər Konqresinə ev sahibliyi edəcək. “Keçmişin Mirası, Gələcəyin İnşası” şüarı altında keçiriləcək mötəbər tədbir Türk dünyasının müxtəlif ölkələrindən olan gənc tədqiqatçıları və elm xadimlərini bir araya gətirəcək.

ERAmedia xəbər verir ki, Konqres Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstəyi, həmçinin 6 ölkədən 30 qurum və müxtəlif universitetlərin tərəfdaşlığı ilə təşkil olunur. Tədbir çərçivəsində geniş spektrli elmi mövzular müzakirə ediləcək.

Proqram humanitar və sosial elmlər (dil və ədəbiyyat, sosiologiya, fəlsəfə, psixologiya, hüquq, siyasi elmlər), iqtisadiyyat və idarəetmə (beynəlxalq münasibətlər, maliyyə əməkdaşlığı), dəqiq və tətbiqi elmlər (fənn və riyaziyyat, mühəndislik, səhiyyə), eləcə də mədəniyyət və idman (ilahiyyat, incəsənət, tarix və idman elmləri) sahələrini əhatə edir.

Qeyd edək ki, konqresin ilk tədbiri Ankarada, ikincisi isə Daşkənddə keçirilib. Layihənin əsas məqsədi Türk dünyası universitetlərini və gənc alimlərini vahid elmi platformada birləşdirməkdir.

Tədbir çərçivəsində regional təhlükəsizlik və sülh siyasəti, enerji dəhlizləri və enerji diplomatiyası, süni intellekt, kibertəhlükəsizlik və innovasiyalar, həmçinin iqlim dəyişikliyi ilə mübarizə və ortaq texnoloji layihələr kimi mühüm mövzular müzakirə olunacaq.

Konqresdə iştirak etmək istəyən gənc akademiklər 20 aprel 2026-cı il tarixinə qədər www.tdgak.com internet ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bu tədbir Türk dövlətləri arasında elmi əməkdaşlığın gücləndirilməsi və gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər