media-whatsapp-image-2026-08-19-at-09-42-49

Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan üzərindən 16 milyon 651 min ton yük daşınıb.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, hesabat dövründə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.

Deputatın sözlərinə görə, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə isə 9 milyon 207,4 min ton yük daşınıb. Şərq-Qərb dəhlizinin tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 4 milyon 595 min ton təşkil edib.

Vüqar Bayramov qeyd edib ki, ilin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faiz artım qeydə alınıb. Xüsusilə region üçün mühüm nəqliyyat istiqamətlərindən biri olan Şərq-Qərb dəhlizi üzrə yükdaşımaların 10 faiz artması diqqət çəkir.

Deputat vurğulayıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşımaların artması yalnız dövlət gəlirlərinin yüksəlməsi baxımından deyil, Azərbaycanın geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin, eləcə də TRİPP mexanizminin istifadəyə verilməsindən sonra Azərbaycan üzərindən yükdaşımaların həcmində daha yüksək artımların qeydə alınması gözlənilir.

“Yeni düzən kontekstində beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərinin artmasına xidmət etməklə yanaşı, qeyri-neft-qaz sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməkdədir”, – deyə Vüqar Bayramov bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər