media-17815267203223013447_1200x630

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən Millətlər Kuboku başa çatıb.

ERAmedia xəbər verir ki, 8 ölkənin qatıldığı beynəlxalq turnirə 13 idmançı ilə yollanan Azərbaycan millisinin hər bir üzvü medal qazanıb.

Vaqif Kazımovun baş məşqçisi olduğu U-17 komandanın heyətində Rüstəm Nəsibov (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Vəkil Qurbanov (63 kiloqram), Hidayət Məmmədov (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) və Mehran Rəsulov (+80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Aydın Şahbazov (46 kiloqram), Nihat Məmmədli (48 kiloqram), Əli Camalzadə (57 kiloqram), Şükar Əliyev (80 kiloqram) gümüş, Həsrət Məmmədov (46 kiloqram) və Elcan Musazadə (54 kiloqram) bürünc medala sahib olublar.

7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov ən yaxşı hakimi seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın


media-adspc

Bənzər xəbərlər