Azərbaycan turizm yarmarkasında iştirak edəcək
Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək beynəlxalq turizm yarmarkasında vahid stendlə iştirak edəcək.
Bu barədə ERAmedia-ya Bakıda II Azərbaycan-Özbəkistan mediaforum çərçivəsində Özbəkistanın Turizm Komitəsinin mətbuat katibi Munisa Asilhocaeva bildirib.
“Azərbaycan bu il noyabrın sonunda Daşkənddə keçiriləcək “İpək Yolunda Turizm” adlı beynəlxalq turizm yarmarkasında vahid stendlə təmsil olunacaq”, – o qeyd edib.