media-14628004723897213788_1200x630
media-bant_master

media-62f75005-4c9c-40fc-a4cf-5349f84c2952

  • Milli Məclisin deputatı Məlahət İbrahimqızı

“12 dekabr Azərbaycan xalqı üçün dərin ehtiram və xatirə günüdür. Bu gün müasir müstəqil dövlətimizin memarı, xilaskar lider, böyük dövlət xadimi Ümummili lider Heydər Əliyevin anım günüdür. Onun həyat və fəaliyyəti bütöv bir epoxanın simvolu, Azərbaycanın dirçəliş salnaməsinin əsas mənbəyidir”.

Bunu ERAmedia-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun szölərinə görə, 1990-cı illərin ən ağır, taleyüklü çağlarında Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin qətiyyətli iradəsi ilə dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. “Ölkədə hakimiyyət böhranı, separatizm cəhdləri, iqtisadi iflas, siyasi xaos hökm sürdüyü dövrdə xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə vəziyyəti nəzarətə götürdü, dövlətçiliyin əsaslarını yenidən qurdu və müstəqilliyi real məzmuna çevirdi.
Onun xilaskarlıq missiyası təkcə həmin dövrün yaddaşında deyil, Azərbaycan dövlətçilik tarixinin qızıl səhifələrində əbədi həkk olunub”, – o vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi olan Ümummili lider Heydər Əliyev müasir Azərbaycanın siyasi, iqtisadi, diplomatik inkişafının bütün əsas parametrlərini müəyyən edib:
“Hüquqi-siyasi islahatlar aparıldı, Konstitusiya qəbul edildi.
Milli ordu formalaşdırıldı, təhlükəsizlik sistemləri quruldu.
İqtisadiyyatın bərpası üçün uzunmüddətli konsepsiyalar hazırlandı.
Ölkənin gələcək yüksəlişini təmin edən bütün strateji xəritənin müəllifi məhz Heydər Əliyev oldu. Azərbaycan onun uzaqgörənliyi sayəsində postsovet məkanında ən stabil, dayanıqlı və mütərəqqi dövlətlərdən birinə çevrildi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın taleyini dəyişdirdi. Heydər Əliyevin siyasi iradəsi ilə gerçəkləşən bu tarixi neft strategiyası isə ölkə iqtisadiyyatını dirçəltdi, büdcə gəlirlərini kəskin artırdı, regionda və dünyada yeni enerji əməkdaşlığı arxitekturası yaratdı, Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi.
Bu strategiya sonradan Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi layihələrlə davam etdi və bu gün də ölkənin inkişafının əsas dayaqlarından biridir”.
Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Onun rəhbərliyi altında Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionun lider dövləti statusunu daha da gücləndirib, enerji, nəqliyyat, hərbi-siyasi və iqtisadi sahələrdə böyük qlobal layihələrə imza atıb, beynəlxalq aləmdə öz sözünü deyən nüfuzlu aktora çevrilib.
Azərbaycanın qələbələri və strateji yüksəlişi Heydər Əliyev ideyalarının davamlı yaşadığının ən böyük sübutudur.

Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin liderliiy altımda sürətli inkişaf tempinə malik, enerji və nəqliyyat qovşağında qlobal təşəbbüslərin müəllifi, regional təhlükəsizliyin əsas təminatçısı, beynəlxalq arenada nüfuz sahibi bir dövlətdir. Bütün bunların təməlində Heydər Əliyevin siyasi məktəbi, ideyaları və dövlətçilik fəlsəfəsi dayanır.
Ulu Öndərin xatirəsi hər zaman ehtiramla anılır, onun qurduğu müasir Azərbaycan isə daha da inkişaf edərək gələcəyə doğru inamla addımlayır”.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər