media-a068b7f9-25f6-4f38-bcf0-47a2eab58596

1935-ci ildə çəkilmiş Mikayıl Müşfiq və Səməd Vurğunun birlikdə əks olunduğu nadir fotoşəkil yenidən ictimaiyyətin diqqətini cəlb edib.

ERAmedia xəbər verir ki, arxiv görüntüsü Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi iki görkəmli şairi eyni kadra gətirməsi baxımından böyük tarixi və mədəni əhəmiyyət daşıyır.

Fotoda solda Azərbaycanın Xalq şairi Səməd Vurğun, sağda isə böyük Azərbaycan şairi Mikayıl Müşfiq əks olunub. Şəkil 1935-ci ildə, ölkənin ədəbi-mədəni həyatının ən fəal dövrlərindən birində çəkilib.

Bu foto həm də faciəli taleyi ilə yadda qalan Mikayıl Müşfiqin repressiyaya məruz qalmasından cəmi iki il əvvəl lentə alınmış nadir arxiv materiallarından biri hesab edilir. Müşfiq 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə sovet repressiyalarının qurbanı olmuşdu.

Tarixi foto Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsinin eyni dövrə şahidlik edən dəyərli vizual sənədi kimi maraq doğurur və həmin dövrün ədəbi mühitini xatırladan qiymətli arxiv nümunələrindən biri sayılır.


media-adspc

Bənzər xəbərlər