Azərbaycan ədəbiyyatının unudulmaz simalarından biri
Bu gün tanınmış Azərbaycan yazıçısı Əlibala Hacızadənin vəfatından ötən illər ərzində onun zəngin yaradıcılığı və ədəbiyyata verdiyi töhfələr bir daha xatırlanır.
ERAmedia xəbər verir ki, 1935-ci ildə anadan olan Əlibala Hacızadə 2009-cu ildə dünyasını dəyişib. Yazıçı Azərbaycan nəsrində müxtəlif ictimai təbəqələrin həyatını, insan münasibətlərini və dövrün sosial mənzərəsini özünəməxsus üslubda əks etdirən əsərləri ilə tanınıb.
Onun yaradıcılığında elmi mühit və elm adamlarının gündəlik həyatı xüsusi yer tutub. “Təyyarə kölgəsi” və “Vəfalım mənim” romanlarında geniş oxucu üçün qapalı görünən elmi çevrənin həyatı, bu mühitdəki münasibətlər və insan taleləri bədii şəkildə təqdim edilib.
Ədibin 1980-ci illərin ikinci yarısında yazdığı “Möcüzə” romanında isə həmin dövrün ziddiyyətli ictimai-siyasi proseslərinə fərqli baxış öz əksini tapıb. Əsər müəllifin cəmiyyətdə baş verən dəyişikliklərə münasibətini və dövrün mənzərəsini bədii prizmadan göstərməsi ilə diqqət çəkib.
Əlibala Hacızadənin yaradıcılığının tanınmasında “İtkin gəlin” əsərinin də mühüm rolu olub. Roman əsasında müəllifin ssenarisi əsasında 12 seriyalı bədii film hazırlanıb və ekran əsəri yazıçının adının daha geniş auditoriyaya çatmasına imkan verib.
Əlibala Hacızadə Azərbaycan ədəbiyyatında müxtəlif mövzulara müraciəti və xüsusilə elmi mühitin həyatını bədii nəsrə gətirməsi ilə yadda qalan qələm sahiblərindən biridir.
Vural









