media-nv27puosaryqmk6hwfil8yo0rbvo2boqdozcufzq_1200

Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazda sülhün möhkəmlənməsinə kömək edəcək.

ERAmedia xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos “X” sosial media hesabında yazıb.

Onun sözlərinə görə, İrəvan, Bakı və Ankarada keçirilən yüksəksəviyyəli danışıqlar regional əlaqələrin inkişafı üzrə əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

“Mən Türkiyə, Azərbaycan və Ermənistan səfərindən yeni qayıtmışam. Orada kommunikasiya üzərində işimizi növbəti səviyyəyə qaldırdıq. Bu, Cənubi Qafqazda davamlı sülhə töhfə verə, eyni zamanda, Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirə bilər”, -deyə komissar bildirib.


media-adspc

Bənzər xəbərlər