media-tsz4qewvyc2zox859wpp554kukgn4mjqwocy6btc_825_1764610966
media-bant_master

Azərbaycan güləşçiləri Rusiyada keçirilən 2 ənənəvi yarışda 6 medal qazanıblar.

ERAmedia xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində təmsilçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb.

Onun yeni çəkidəki debütü uğurlu alınıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.


media-adspc

Bənzər xəbərlər