“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb
Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8,7 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100 min dollar və ya 1,2 faiz çoxdur.
ERAmedia xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 8,6 milyon dollar olub.









