media-1787671373_17876701101605723730_1200x630

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində ABŞ-nin Müdafiə Dil İnstitutu təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən ERAmedia-ya verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb olunan hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər müasir dövrdə xarici dil biliklərinin hərbi qulluqçuların peşəkar hazırlığının mühüm istiqamətlərindən biri olduğunu bildirib, kurs iştirakçılarına uğurlar arzulayıblar. Bildirilib ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-nin Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək.

Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.


media-adspc

Bənzər xəbərlər