media-cdusqjmnwgsewy7oa9zjrabplyprmq5c4sok0j9o_1200
media-bant_master

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 4 medal qazanıblar.
ERAmedia
xəbər verir ki, qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kiloqram) gümüş, Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşçi İslam Bazarqanov (57 kiloqram) finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadada üçüncü yeri tutub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər