Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur – Albaniya Prezidenti
“Albaniya və Azərbaycan çox yaxşı dost ölkələrdir”.
ERAmedia xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Albaniya Prezidenti Bayram Beqay bildirib.
Albaniya prezidenti deyib ki, iki ölkə arasında çox yaxşı siyasi dialoq mövcuddur və iqtisadi əməkdaşlıq da gücləndirilib. “Qarşılıqlı maraq doğuran sahələrdən biri enerji sahəsidir və Azərbaycanın Albaniyadakı investisiyaları çox yüksək qiymətləndirilir. Trans-Adriatik boru kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyi təmin olunur və bu gün Azərbaycandan Albaniyaya və bütün Avropaya gələn qazın həcmi artır. Düşünürəm ki, qarşılıqlı maraq doğuran digər sahələrdə, xüsusilə turizm sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə çalışmalıyıq. Dostluq münasibətlərimiz sayəsində gələcəkdə bunu daha yaxşı edə biləcəyik”, – deyə Bayram Beqay vurğulayıb.