media-img_7823

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

ERAmedia Müdafiə Nazirliyindən verilən məlumata görə, Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra General-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın


media-adspc

Bənzər xəbərlər