media-photo_11927
media-bant_master

“Ədəbi prosesdə formalaşmış imzalar üçün isə adıçəkilən mükafat illərlə çəkdiyi zəhmətin nəticəsinin həm maddi, həm də mənəvi şəkildə tanınması baxımından önəmlidir”.

Bu fikirləri ERAmedia-ya açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, fil.f.d., dosent Elnarə Qaragözova bildirib.

O qeyd edib ki: ” 2026-cı ildə elan ediləcək Azərbaycan Kitab Mükafatını Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirəm. Bu sadəcə bir mükafat deyil, qələm əhlinə bir müəllif kimi həm yerli, həm də beynəlxalq səviyyədə görünürlük qazandıra biləcək ciddi bir platformanın təməlinin qoyulmasıdır

Mükafatın verilmə şərtləri yəqin ki, yaxın zamanlarda açıqlanacaq. Mükafatın statusuna, dəyərinə müvafiq olaraq müsabiqənin ciddi şərtlərinin olacağını düşünürəm. Bu mükafat gənc yazarlar üçün özəlliklə böyük motivasiya mənbəyi, özünü sınamaq fürsəti ola bilər. Fikrimcə Azərbaycan Kitabı Mükafatı ədəbiyyat mühitində yeni bir dinamika yaradacaq və bu prosesdə hər bir yazar üçün yeni bir üfüq açılacaq”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər