Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
ERAmedia xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının təklifi əsasında AFFA prezidenti Rövşən Nəcəf qərar qəbul edib.
Turnirin həlledici görüşü gələn il mayın 12-də baş tutacaq.










