media-17909288121781922039_1200x630

UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan və Litva yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

ERAmedia UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona yan xətt hakimləri Andre Filipe Noqeyra Diaş və Andre Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Brunu Esteveş, onun köməkçisi Ana Klaudiya Silva Ribeyru olacaq.

Qeyd edək ki, oktyabrın 4-də “8-ci kilometr” stadionunda keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.


media-adspc

Bənzər xəbərlər