Azərbaycan – Lixtenşteyn oyunu heç-heçə oldu
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.
ERAmedia xəbər verir ki, D Divizionunda yer alan Ayxan Abbasovun başçılıq etdiyi kollektiv II turda Lixtenşteyn yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Komanda bu rəqiblə oktyabrın 4-də evdə üz-üzə gələcək.
Hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu – üçüncü yerdədir.









