media-oorjp1gs1zzzc0etabb3eaozehem4y3g2qysadff_1200

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

ERAmedia xəbər verir ki, millimiz San Marino yığma ilə yoxlama oyunu keçirəcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq. Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Marton Ruş olacaq.

Xatırladaq ki, millimiz bir neçə gün öncə eyni məkanda Malta yığması ilə də qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.


media-adspc

Bənzər xəbərlər