Azərbaycan musiqisinin korifeyləri bir arada — Nadir FOTO
Azərbaycan musiqi tarixinin görkəmli nümayəndələrinin bir arada əks olunduğu nadir foto 1965-ci ildə Bakıda lentə alınıb.
ERAmedia xəbər verir ki, fotoda Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simaları — Cahangir Cahangirov, Tofiq Quliyev, Azər Rzayev, Soltan Hacıbəyov, Səid Rüstəmov, Niyazi və Qara Qarayev yer alıblar.
Tarixə düşən bu kadr Azərbaycan professional musiqisinin inkişafında mühüm rol oynamış bəstəkar və dirijorları eyni məkanda göstərməsi ilə diqqət çəkir.
Foto 1960-cı illərin Bakı mühitindən, eləcə də Azərbaycan musiqi mədəniyyətinin parlaq nümayəndələrinin birgə fəaliyyət və ünsiyyətindən xəbər verən qiymətli arxiv nümunələrindən biridir.
Vural









