media-whatsapp-image-2026-07-24-at-10-21-39-1

media-whatsapp-image-2026-07-24-at-10-21-39-1

Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın övladları ilə çəkilmiş nadir fotosu sosial şəbəkələrdə paylaşılıb.

ERAmedia xəbər verir ki, tarixi fotoda XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Şəhriyar ailə üzvləri ilə birlikdə əks olunub.

Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Şairin ailə həyatını əks etdirən nadir kadr izləyicilər tərəfindən rəğbətlə qarşılanıb, çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və fars dillərində yaratdığı zəngin ədəbi irsi ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Xüsusilə “Heydərbabaya salam” poeması ilə milyonlarla oxucunun qəlbində silinməz iz buraxan sənətkarın şəxsi həyatına dair fotolar da hər zaman ictimai maraq doğurur.

Paylaşılan bu foto dahi şairin övladları ilə birlikdə keçirdiyi anları əbədiləşdirərək, onun yalnız böyük söz ustadı deyil, həm də ailəsinə bağlı bir insan olduğunu bir daha nümayiş etdirir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər