Azərbaycan "QS 2026" qlobal reytinqində Qafqaz regionu üzrə liderdir - Emin Əmrullayev
“Ümumilikdə 9 ali təhsil müəssisəsi “QS 2026″ qlobal reytinqində yer alıb”.
ERAmedia xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan brifinqdə deyib.
“Ölkəmiz “QS 2026” qlobal reytinqində Qafqaz regionu üzrə liderdir. 2024-cü ildə ilk dəfə iki Azərbaycan universiteti “Times Higher Education” reytinqində yer alıb. 2025-ci ildə bu sayın dördə yüksəlməsi gözlənilir”, – deyə nazir qeyd edib.