media-17789296205017849697_1200x630

Azərbaycan rəssamlarının əl işləri Pekində “Today Art” muzeyində nümayiş olunacaq.

ERAmedia xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin “Innovation” İncəsənət və Səyahət Mərkəzi, “AYDANİ” incəsənət qalereyası ilə birgə təşkil etdiyi “İncəsənət vasitəsilə dialoq” adlı sərgi mayın 20-də baş tutacaq.

Sərgidə Azərbaycanın 20-yə yaxın rəssamının klassik təsviri sənət və rəqəmsal incəsənət nümunələri nümayiş olunacaq.


media-adspc

Bənzər xəbərlər