Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə nazirinin müavini Vasiliy Sergeyeviç Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir araya gəlib.
Müdafiə Nazirliyindən ERAmedia -ya bildirilib ki, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.










