media-whatsapp-image-2026-07-31-at-10-00-18

Azərbaycan teatr sənətinin görkəmli nümayəndələri Rafael Dadaşov, Səməndər Rzayev və Amaliya Pənahovanın yer aldığı arxiv fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.

ERAmedia xəbər verir ki, fotoda üç tanınmış sənətkarın teatr səhnəsində səmimi anları əks olunub.

Səhnə fəaliyyətləri ilə Azərbaycan teatrının inkişafına mühüm töhfələr vermiş Rafael Dadaşov, Səməndər Rzayev və Amaliya Pənahova uzun illər tamaşaçıların rəğbətini qazanan sənətkarlar sırasında yer alıblar. Onların yaratdığı yaddaqalan obrazlar bu gün də teatrsevərlər tərəfindən böyük hörmətlə xatırlanır.

Paylaşılan arxiv fotosu həm sənət cameəsində, həm də sosial şəbəkə istifadəçiləri arasında nostalji hisslər doğuraraq Azərbaycan teatr tarixinin dəyərli səhifələrini yenidən gündəmə gətirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər