media-17896496553346952797_1200x630

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda yerləşən Pir Ömər Sultan ziyarətgahında olublar.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili Pir Ömər Sultan ziyarətgahının Azərbaycan ərazisindəki ən mənəvi abidələrdən biri olduğunu qeyd edib.

Tahir Mirkişili bildirib ki, türbədə Azərbaycan təsəvvüf tarixinin görkəmli nümayəndəsi, Xəlvətilik sufi məktəbinin banisi Şeyx Ömər Avaxlı Şirvanı – Pir Ömər dəfn olunub.

Deputatın sözlərinə görə, Xəlvətilik XIV əsrdə Azərbaycandan Anadoluya, Balkanlara, Yaxın Şərqə və Şimali Afrikaya qədər yayılan böyük sufi məktəbidir.

Tahir Mirkişili qeyd edib ki, “xəlvət” sözü insanın bir müddət dünyadan uzaqlaşaraq öz daxili aləminə yönəlməsi mənasını verir. Onun sözlərinə görə, digər cərəyanlardan fərqli olaraq, Xəlvətilik tərki-dünyalığı deyil, insanlar arasında yaşayaraq insanın daxili aləminə yönəlməsini ifadə edir.

“Əsas xəlvət məkan deyil, insanın daxilində yaranan mənəvi sakitlikdir. O, insana “dünyadan qaç” demir, “dünyanın içində özünü itirmə” deyir. İnsan xəlvətə hər kəsdən qaçmaq üçün deyil, özünü tapmaq üçün çəkilir. Sonra isə tapdığı həqiqətlə insanların arasına qayıdır”, – deyə Tahir Mirkişili vurğulayıb.

Deputat əlavə edib ki, Pir Ömər Sultan ziyarətgahı Azərbaycan tarixinin yalnız siyasi və iqtisadi hadisələrlə məhdudlaşmadığını, ölkənin eyni zamanda dünyaya mənəvi ideyalar bəxş edən mühüm irfan məkanı olduğunu göstərir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər