media-17664725263192627938_1200x630
media-bant_master

Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.

ERAmedia xəbər verir ki, bu fikri Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Baş nazir ümidvar olduğunu bildirib ki, Forum çərçivəsində aparılacaq müzakirələr konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə yol açacaq.

“Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadi əlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik, qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindən yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcək”, – deyə Əli Əsədov vurğulayıb.


media-adspc

Bənzər xəbərlər