media-17008099572680156102_1200x630

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında son illərdə müşahidə olunan intensiv siyasi dialoq və qarşılıqlı təmaslar regionda strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, son 3,5 il ərzində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri arasında 42 qarşılıqlı səfər həyata keçirilib. Onun sözlərinə görə, bu, orta hesabla hər 2–3 həftədən bir yüksək səviyyəli görüş və müzakirənin keçirilməsi deməkdir ki, bu dinamika regionda etimadın, həmrəyliyin və strateji tərəfdaşlığın sürətlə dərinləşdiyini nümayiş etdirir.

Deputat vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiyanın vahid geoiqtisadi və geosiyasi məkan kimi formalaşması Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, təxminən 300 illik fasilədən sonra bu coğrafiyada inteqrasiyanın yenidən güclənməsi ortaq siyasi iradənin və uzaqgörən yanaşmanın nəticəsidir.

Tahir Mirkişili hesab edir ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə bu birlik artıq seçim deyil, zərurətdir. Onun fikrincə, inkişafın sürətləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və qlobal rəqabətdə daha güclü mövqe qazanılması üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin birgə fəaliyyəti həlledici əhəmiyyət kəsb edir və hər iki tərəfin buna ehtiyacı var.


media-adspc

Bənzər xəbərlər