Azərbaycanın səfiri Ərdoğana etimadnaməsini təqdim edib | Bu il də “Qızıl top”a namizəddir | Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb | Bu anları unutmayacağam - Koxalski | Bakıda bu sürücüyə 25 sutkalıq həbs edildi - VİDEO | Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb | 6 milyon manatdan çox ƏDV qaytarılıb | Husilər Səudiyyə Ərəbistana hücumlar edib | Çoxsaylı şəxsləri aldadan şəxsin cinayət işi məhkəməyə göndərilib | Şuşanın dağı-daşı canlı tarixidir - Tofiq Abbasov | Ciddəyə müntəzəm uçuşlar bərpa olunur | Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib | Hava şəraiti ilə bağlı polis gücləndirilmiş iş rejimində xidmət aparır | 50 nəfərlik din xadimlərindən nümayəndə heyəti Şuşada olub | Əli Əsədov Lyu Haysinlə görüşüb | Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib | Azərbaycan və Türkiyə arasında diaspor sahəsində MEMORANDUM | Məzunlar 50 ildən sonra Xankəndidə toplandılar | Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ | İnarə Mirhəsənova müşavir təyin edildi
media-w_1517845480421327138405_1200x630

Özbəkistan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

ERAmedia-ya Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib.

Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad olunub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.

Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış ortaq tarixi, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd etmiş, prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ilin sentyabr ayında Özbəkistan Respublikasına səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının VI iclasında, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının IV iclasında iştirakı məmnunluqla xatırlanmış, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmlənməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etmiş, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Özbəkistan Respublikası Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Proqram iki ölkənin prokurorluq orqanları arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsinə xidmət edir.

Niqmatilla Yuldoşev Özbəkistan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri səylərin göstəriləcəyini vurğulanıb.

Görüş zamanı Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Niqmatilla Yuldoşevə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olmuş, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.

 

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalandı - FOTOLAR

 


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop