media-17889833132468012185_1200x630

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankaraya səfəri çərçivəsində sentyabrın 9-da Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren ilə görüşüb.

ERAmedia xəbər verir ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər. Görüşün nəticələri ilə bağlı sosiyal şəbəkələrdə paylaşım edən TİKA rəhbəri, “”Bir millət, iki dövlət” şüarına əsaslanan qardaşlıq əlaqələrimizdən güc alaraq, qurumlarımız arasında, xüsusən də diaspor işləri sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik” ,- deyə bildirib.

A.Eren ziyarətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür edib.


media-adspc

Bənzər xəbərlər