media-o3praucibi2fe7ncy8mftleqaibnmonq4leshfzo_825

Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.

ERAmedia xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən cavabda deyilir ki, Monteneqro uzun müddətdir birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.

“Hazırda, Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı il yanvarın 15-dən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq. Viza rejimi barədə bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib. Azərbaycan vətəndaşlarına münasibətdə viza rejiminin yeni qayda və şərtlərinin nədən ibarət olacağı ilə bağlı qarşı tərəfə müvafiq sorğu ünvanlanıb. Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.


media-adspc

Bənzər xəbərlər