Azərbaycana getməkdən çox məmnunuq - Vens
Buradan Azərbaycana getməkdən çox məmnunuq.
ERAmedia-nın məlumatına görə, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ermənistandan Azərbaycana yola düşərkən hava limanında jurnalistlərə deyib. O bildirib ki, sülhün əldə edilməsi əslində ilk addımdır, amma sülhün qorunması bu gün görülən işlərdir.
Ceyms Devid Vens əlavə edib ki, Prezident Trampın iştirakı ilə iki ölkə arasında sülhə dair saziş layihəsi paraflanıb: “Biz bunun üzərində davam edirik, sülh müqaviləsinin qüvvədə qalması üçün Ermənistanla Azərbaycan arasında zəruri olan iqtisadi müstəqilliyin mövcudluğundan əmin oluruq. Hazırkı vəziyyətimizdən çox məmnunam”.










