media-whatsapp-image-2026-02-20-at-12-41-38-1

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır. Və izlər birbaşa Kremlə gedib çıxır.

ERAmedia xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu bildirib. Qeyd olunub ki, baş verən proses Rusiyanın Azərbaycana qarşı apardığı hibrid müharibənin yeni mərhələsidir.

Jurnalist bildirib ki, əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

“Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir.
Mənbənin bildirdiyinə görə, bu klounadadan gözlənilən effekt alınmadığı üçün növbəti mərhələdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə cəlb olunması planlaşdırılır.
Bu ailəyə müxtəlif təsir mexanizmləri tətbiq olunub və informasiya kampaniyasına qoşulmaq üçün təzyiq elementləri istisna deyil. Azərbaycan tərəfdə bununla bağlı operativ məlumatın olduğu bildirilir. Bəs Moskvanı bu çirkin kampaniyaya vadar edən nədir?

Birincisi, məsələ Azərbaycanın müstəqil siyasət kursudur.
Bakı artıq kənardan idarə olunan periferik aktor deyil. Azərbaycan regional balansın obyekti yox, subyekti kimi çıxış edir. Enerji təhlükəsizliyi xəritəsində Cənub Qaz Dəhlizi, Avropaya qaz ixracının artımı, Orta Dəhlizin real alternativ marşrut kimi formalaşması, Xəzər üzərindən logistika zəncirinin gücləndirilməsi – bunlar sadəcə iqtisadi layihə deyil, geosiyasi güc rıçaqlarıdır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik müstəvisində müstəqil qərar verən ölkəyə çevrilib. Moskva üçün əsas problem də budur: Bakı artıq razılaşdırılmış çərçivə daxilində hərəkət etmir, öz oyununu qurur və bu oyunda qalib mövqedədir”, – deyə bildirilib.

Qeyd edək ki, hibrid müharibə anlayışı klassik hərbi əməliyyatların kiberhücumlar, dezinformasiya və iqtisadi təzyiq vasitələri ilə birləşdirilərək ölkədaxili sabitliyi pozmağa yönəldilməsini ehtiva edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər